Rus milyarder helikopter qəzası nəticəsində vəfat edib
Tarix: 30-11-2022, 13:28
Baxılıb: 183
Google+ Paylaş
Tumblr Paylaş

Rus milyarder helikopter qəzası nəticəsində vəfat edib

30-11-2022, 13:28

Rusiyalı iş adamı Vyaçeslav Taran Monako yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində ölüb.
Rusiyalı milyarder Vyaçeslav Taran İsveçrənin Lozanna şəhərindən Monakoya helikopterlə gedərkən Vilfranş-sur-Mer kurort şəhəri yaxınlığında vertolyotu helikopter qəzaya uğrayıb.
Sonxeber.az xəbər verir ki, helikopterin qəzaya uğraması nəticəsində 53 yaşlı kriptovalyuta sahibkarı Taran və 35 yaşlı fransız pilot vəfat edib.
"Libertex" və "Forex Club" ticarət və investisiya platformasının təsisçisi Taran noyabrın 25-də gecə saat 1:00 radələrində baş vermiş qəzada tək mühərrikli H130 helikopteri ilə səyahət edirdi.
"Şirkətimiz həmtəsisçisi və direktorlar şurasının sədri Vyaçeslav Taran Monakoya gedərkən helikopter qəzası nəticəsində vəfat etməsini böyük kədər hissi ilə təsdiqləyir", - deyə Libertex Group şirkətinin bəyanatında deyilir. .
Digər tərəfdən, helikopteri icarəyə götürən şəxsin son anda helikopterə minməkdən vaz keçdiyi üçün qəzadan sağ çıxdığı iddia edilib. Şəxsin kimliyi ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Taran "Hello Monaco" media qurumunun yaradıcısı rusiyalı Olqa ilə evlidir və cütlüyün üç övladı var.
Vyaçeslav Taran 30 yaşlı Tiantian Ulder və 29 yaşlı Nikolay Muşeqyandan sonra ölən üçüncü kriptovalyutaçı olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ