Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Mədəniyyət » Azərbaycanda aktyor vəfat etdi - Foto
Azərbaycanda aktyor vəfat etdi - Foto

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib.
Publika.az verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib.
Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülmüşdü.
Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyoru olub. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.




Şərhlər