Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Mədəniyyət » "Biz o uşaqları evdə dustaq etmişik" - VİDEO
"Biz o uşaqları evdə dustaq etmişik" - VİDEO

[video=||https://www.instagram.com/p/DQPKDgjjR7t/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again]Xalq artisti Ağadadaş Ağayev "Təpədən dırnağa" verilişində qonaq olub.

Sənətçi fiziki məhdudiyyətli insanların bəzi səbəblərdən evdən çıxarılmamasını pisləyib.

"Bir dəfə Almaniyada küçədə dolaşanda əlil arabasında olan insanların nə qədər çox olduğunu gördüm. Onlar üçün xüsusi yollar da ayrılıb. Şükür etdim ki, Azərbaycanda belə insanlar azdır. Bakıya gəldim, qızım Leylanın əməliyyatları üçün zənglər edirdim. Onlarla danışırdım ki, Almaniyada fiziki imkanları məhdud insanlar çoxdur. Sonradan anladım ki, bizdə oradan daha çox imiş. Amma mentalitetimizdə qəbul olunmayan valideyn yanaşmaları o dərəcəyə gəlib çatıb ki, biz o uşaqları evdə dustaq edib, divarlara məhkum etmişik. Amma deməmişik ki, onlar da bizim, cəmiyyətimizin bir parçasıdırlar. Onları cəmiyyətə qazandırmaq lazımdır. Allahın bizə verdiyi ən böyük nemət odur ki, evdə övladımız var. Mənim üçün heç bir övladım Leyla ola bilməz. O, başqa ruhdur" deyə, A.Ağayev bildirib.

Qeyd edək ki, A.Ağayevin ilk evlilikdən 3 oğul, ikinci nikahdan bir qız, bir oğul övladı var. (Axşam.az)

Şərhlər