Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.
Bu barədə Reportyor.tv Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov növbəti buraxılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbinə gəlib.Bu barədə Reportyor.tv Müdafiə Nazirliyindən bildirilib.
Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və digər rəsmilərin də iştirak etdiyi tədbirdən öncə məktəbin “Şəhidlər qapısı”nda azərbaycanlı və türkiyəli şəhid məzunlarının adları əks olunan lövhələrin qarşısında xatirə fotosu çəkdirilib.
Təntənəli mərasimdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.
Azərbaycanlı hərbçilər Türkiyə Milli Müdafiə Universiteti Quru Qoşunları Hərbi Akademiyasından məzun olub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məzuniyyət mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu il 15 ölkədən tələbə daxil olmaqla ümumilikdə 76 hərbçi Quru Qoşunları Hərbi Akademiyasından məzun olub.
Qeyd edək ki, məzuniyyət mərasimində Türkiyədə işgüzar səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.