Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
Tarix: 29-12-2024, 13:32
Baxılıb: 285
Google+ Paylaş
Tumblr Paylaş

Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ

29-12-2024, 13:32

Azərbaycanda dekabrın 30-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Reportyor.tv xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ