Yeni il gecəsi ehtiyatlı olun - SƏBƏB
Tarix: 31-12-2024, 09:59
Baxılıb: 214
Google+ Paylaş
Tumblr Paylaş

Yeni il gecəsi ehtiyatlı olun - SƏBƏB

31-12-2024, 09:59

Yeni il gecəsi Yer kürəsində güclü maqnit qasırğası baş verə bilər.
Reportyor.tv qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasına istinadən məlumat yayıb.
Proqnoza görə, dekabrın 31-i səhər saatlarında zəif maqnit qasırğasının olması ehtimalı var. Günorta qasırğanın G3-ə qədər arta biləcəyi gözlənilir. Axşama doğru isə maqnit qasırğası zəifləyəcək və 2025-ci il yanvarın 1-i səhərə qədər Yerin maqnitosferi tamamilə sakitləşəcək.
Eyni zamanda, dekabrın 31-də maqnit qasırğasının baş vermə ehtimalı 15 faiz, güclü maqnit qasırğasının başvermə ehtimalı isə 25 faiz təşkil edir. Yanvarın 1-də bu göstərici müvafiq olaraq 40 və 25 faizdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ