Bəzi yerlərdə qar yağır - Faktiki hava
Tarix: 16-01-2025, 18:38
Baxılıb: 553
Google+ Paylaş
Tumblr Paylaş

Bəzi yerlərdə qar yağır - Faktiki hava

16-01-2025, 18:38

Yanvarın 16-sı saat 17:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Reportyor.tv-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, yanvarın 16-ı saat 17:00-a olan məlumata əsasən, Pirallahı, Çilov adası, Neft Daşları, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Şahdağda qar yağır.
Çilov adası, Naxçıvan, Şahbuz, Culfa, Gəncə, Balakən, Qəbələ, Balakən, Yevlax, Göyçay, Lerik, Şəkidə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 8, Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ