BDYPİ dumanlı havaya görə sürücülərə xəbərdarlıq edib
Tarix: 29-03-2025, 13:33
Baxılıb: 154
Google+ Paylaş
Tumblr Paylaş

BDYPİ dumanlı havaya görə sürücülərə xəbərdarlıq edib

29-03-2025, 13:33

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Reportyor.tv-nin məlumatına görə, məlumatda qeyd olunub ki, hazırda dumanlı hava şəraiti ilə əlaqədar bir sıra magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşıb.
"Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Baş Dövlət Yol Polisi İdarəsi hazırda əhalinin bayram tətilindən daimi yaşayış yerlərinə qayıtmaları səbəbindən yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir", - bildirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ