Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » FHN-in bu səlahiyyəti ləğv edilib
FHN-in bu səlahiyyəti ləğv edilib

"Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər edilib.

Bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, hövzə və ərazi sxemləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərenerji"nin iştirakı ilə hazırlanacaq.

Mövcud qanunvericiliyə əsasən, yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemi, hövzə və ərazi sxemləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və "Azərenerji"nin iştirakı ilə hazırlanır.

Bununla yanaşı, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi hövzə sxemləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərenerji" Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq olunacaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti