Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatdı - YENİLƏNİB
Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatdı - YENİLƏNİB

Suqovuşan kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

Açarların təqdim edilməsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. 

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevaya təşəkkür ediblər. 

***

Ağdərə rayonunun Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.

Bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülüb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Plana uyğun olaraq, bu gün Ağdərə rayonunin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülür.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti