
Türkiyədə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı rəsmi qurumlar xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, meteoroloji məlumatlara görə, Mərmərə bölgəsi 26 dekabrdan etibarən soyuq və yağıntılı havanın təsiri altına düşəcək.
İstanbulda yağıntılar əsasən yağmur şəklində olsa da, 27 dekabrdan başlayaraq Anadolu Yakasının yüksək ərazilərində sulu qar, 29 dekabrda isə şəhər üzrə yüksək ərazilərdə qar yağacağı gözlənilir.
Bildirilir ki, temperatur bazar axşamından etibarən sürətlə azalacaq, hava 5°C-dən aşağı düşəcək. Ümumilikdə bölgə üzrə temperaturun 5–8 dərəcə enəcəyi, soyuq havanın isə yeni ilin ilk günlərinədək davam edəcəyi proqnozlaşdırılır.
Meteorologiya Xidməti Antalya vilayətinin şərqində güclü yağışların olacağı barədə də xəbərdarlıq edib. Sel, su basması və nəqliyyatda çətinlik riskinə qarşı əhaliyə ehtiyatlı olmaq tövsiyə olunub.
Mütəxəssislər gecə və səhər saatlarında buzlaşma hadisələrinin baş verə biləcəyini, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan bölgələrdə don riskinin artacağını vurğulayırlar.
Musavat.com









Şərhlər