Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Əhaliyə ŞAD XƏBƏR! Milli Məclis maaşlarla bağlı QƏRAR QƏBUL ETDİ
Əhaliyə ŞAD XƏBƏR! Milli Məclis maaşlarla bağlı  QƏRAR QƏBUL ETDİ

Parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını son oxunuşda qəbul edib.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin yaz sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.

Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib./Oxu24.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti