Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı

Qütb soyuqları və intensiv yağıntılardan sonra Türkiyədə Liviya üzərindən gələn hava kütləsinin təsiri sayəsində yaz havası yaşanır.

Reportyor.tv-nin xəbərinə görə, xüsusilə Türkiyənin qərb bölgələrində temperatur mövsüm normasını xeyli üstələyib.

İstanbul və Ankarada 20 dərəcə isti var, Sakarya, Kocaeli və Bursa ətrafında isə temperatur 25 dərəcəyədək yüksəlib. Egey və Aralıq dənizi sahillərində temperatur 22–23 dərəcə təşkil edir.

Buna baxmayaraq, fevralın 17-dən etibarən leysan yağışlar və sərin hava yenidən üstünlük təşkil edəcək. Egey, Mərmərə və Qərbi Aralıq dənizi bölgələrində, eləcə də Qara dənizin daxili hissələri və Mərkəzi Anadolunun şimal-qərbində qısamüddətli güclü fırtına müşahidə ediləcək. Aydın, Balıkesir, Çanakkale, Edirne, İzmir, Kırklareli, Manisa, Muğla və Tekirdağ vilayətləri üçün sarı xəbərdarlıq edilib.

Xüsusilə Mərmərə bölgəsi və İstanbulda temperatur bazar ertəsindən etibarən mərhələli şəkildə enməyə başlayacaq. Qərb vilayətlərində sabahdan start götürəcək yağıntılar çərşənbə axşamı bütün ölkə ərazisini əhatə edəcək. Həmin gün Egey və Aralıq dənizi bölgələrində leysan yağışlar gözlənilir. Çərşənbə günü isə temperatur daha da enəcək, daxili və şərq bölgələrində qar yağacağı proqnozlaşdırılır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti