Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » İran: "Qasım Süleymaninin qatilləri özlərini təhlükəsizlikdə hiss etməsinlər"
İran: "Qasım Süleymaninin qatilləri özlərini təhlükəsizlikdə hiss etməsinlər"

“General-leytenant Qasım Süleymaninin ölümünün arxasında duranlar özlərini təhlükəsilzikdə hiss edə bilməz”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İranın İslam keşikçiləri korpusunun “Qüds” briqadasının komandiri, general Esmail Kaani danışıb.
Onun sözlərinə görə, İran hökuməti ABŞ-ın keçmiş prezidenti Donald Tramp və dövlət katibi Maykl Pompeo da daxil olmaqla bu hadisənin arxasında kimlərin durduğunu bilir.
“Cinayətkar Tramp və onun Pompeo kimi əlaltıları bizə yaxşı məlumdur. General Süleymani dəfələrlə İraqda Pompeonu alçaldıb. Onlar onu öldürməklə qazanacaqlaırnı düşünürlər. Bu adamlar təhlükəsizlikdə olduqlarını zənn etməsinlər”,-deyə o, bildirib.
General Kaani İraqda anti-Vaşinqton əhval-ruhiyyənin artdığına da diqqət çəkib və rəsmi Tehranın amerikalıları İraqdan faktiki olaraq qova bilidiyini söyləyib. “Siz hamınız İraqdan rədd olub gedəcəksiniz, çünki İraq xalqı buraya qalan 2000 əsgərin də varlığına dözə bilmir”,-deyə o, söyləyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti