Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Azərbaycan lideri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib
Azərbaycan lideri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.
Musavat.com-un xəbərinə görə, məktubda deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Biz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərimizə xüsusi əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənmiş, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etmişdir.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti