
Strasburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi dəyişib.
Strasburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan Azərbaycan Respublikasının Baş Prokurorluğu olacaq.
Bundan əvvəl bu orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdi.
Xarici İşlər Nazirliyinə nəzərdə tutulan dəyişiklik barədə Avropa Şurasının Baş katibinə məlumat vermək tapşırılıb.






Şərhlər