Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Bu şəxslərə 3 min manat veriləcək – TƏSDİQLƏNDİ
Bu şəxslərə 3 min manat veriləcək – TƏSDİQLƏNDİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev adına təqaüd” təsis edilib.
Reportyor.tv xəbər verir ki, Baş nazir Əli Əsədov Sərəncamın icrasının təmin edilməsini təsdiqləyib
Ə.Əsədovun imzaladığı Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi Azərbaycanın ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Qeyd edək ki, təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində birdəfəlik veriləcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti