Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb
Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün gündəlik qlobal neft hasilatı ilə bağlı proqnozunu artırıb.
Bu barədə Reportyor.tv Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə gündəlik qlobal neft hasilatı 1,6 mln. barel artaraq 101,5 mln. barelə çatacağı proqnozlaşdırılır.
Bir ay əvvəl IEA 2023-cü ildə gündəlik qlobal neft hasilatının 1,4 mln. barel artaraq 101,3 mln. barelə çatacağını proqnozlaşdırmışdı.
Hesabatda həmçinin qeyd olunur ki, Agentlik “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə gündəlik neft hasilatının 2023-cü ildə 1,9 mln. barel, 2024-cü ildə isə 1,2 mln. barel artacağını gözləyir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti