Naxçıvanda Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib
Tarix: 15-07-2023, 12:12
Baxılıb: 148
Google+ Paylaş
Tumblr Paylaş

Naxçıvanda Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

15-07-2023, 12:12

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Reportyor.tv  Naxçıvan bürosu xəbər verir ki, keçirilən tədbirdə əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev və digər dövlət rəsmiləri iştirak ediblər.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.
Vurğulanıb ki, dövlət çevrilişi cəhdindən artıq 7 il ötür, bu dövrdə bir sıra beynəlxalq təşkilatlar və ölkələr Türkiyənin haqq səsinə səs verərək baş verən hadisəyə düzgün münasibət göstəriblər. Azərbaycan hadisənin baş verdiyi andan öz dəstəyini qardaş ölkə­dən əsirgəməyib.
Tədbirdə 15 iyul hadisələrini və Türkiyənin inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, şəhidlərin əziz xatirəsini anmaq üçün, qazilərə ehtiram əlaməti olaraq keçirilən bu tədbirin əsas məqsədi də dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək və bu çevrilişin əsas səbəbkarının əməl və məqsədlərini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.
Elbrus İsayev çıxışında ölkələrarası dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsində birgə həyata keçirilən layihələrin, iki ölkə arasında imzalanan, parlamentlər tərəfindən qəbul edilən Şuşa Bəyannaməsinin önəmindən də danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Qazısı yanında şuranın sədri Sahib Məmmədov şəhidlərin ruhuna Qurani-kərimdən ayələr oxuyub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ