Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Bakı metrosunda güclü yağışla əlaqədar qabaqlayıcı işlər görülüb
Bakı metrosunda güclü yağışla əlaqədar qabaqlayıcı işlər görülüb

Qısamüddətli güclü yağışla əlaqədar Bakı metropoliteninə əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb.
Reportyor.tv xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunaraq açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub. Aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib. Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb. Gün ərzində nəzarət davam etdiriləcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti