
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri müzakirə olunub. Müzakirələrdə UNEC rektoru professor Ədalət Muradov və struktur rəhbərləri iştirak ediblər.
Universitetdən Reportyor.tv verilən xəbərə görə, 2022-ci ilin may ayından tətbiq edilən və UNEC-in intellektual məhsulu olan qiymətləndirmə sisteminin məqsədi universitetdə inzibati işçilərin rəqabətini stimullaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq, eləcə də diferensial əmək haqqı sisteminə keçidi təmin etmək olub.
Qeyd edək ki, UNEC-də 2015-ci ildən pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsini təmin edən diferensial əməkhaqqı sistemi tətbiq olunur. Uğurla tətbiq olunan sistemin məqsədi pedaqoji heyətin motivasiyasını təmin etmək, müəllimlər arasında rəqabət mühitini gücləndirmək və elmi fəaliyyəti stimullaşdırmaqdır.






Şərhlər