
“Azercell Telekom” ənənəsinə sadiq qalaraq 22 iyul Milli Mətbuat və Jurnalistika Günündə media işçilərini özünəməxsus şəkildə təbrik edir. Jurnalistlərin peşə bayramı münasibətilə 22-23 iyul tarixlərində “Mediacell” tarifinin bütün istifadəçilərinə və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına Azercell-dən 5 GB mobil internet paketi hədiyyə veriləcək.
Reportyor.tv xəbər verir ki, media nümayəndələri hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə biləcəklər.
Azercell ölkə və dünya gündəmində olan məsələləri işıqlandıran, bu sahədə çalışan bütün jurnalistləri və media əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır!






Şərhlər