Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Rəsədxana: Günəş ləkələrinin sayı azalıb
Rəsədxana: Günəş ləkələrinin sayı azalıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı orta olub, maksimal sinifli alışma M 1.4 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı azalmışdır, hal-hazırda Günəşin səthində 5 ləkə qrupu və 69 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə ( maks: 602 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimal sürət 527 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə -7 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 325 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5 nT, radial istiqamətdə isə -4 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub (4 Kp), geomaqnit qasırğaları baş verməyib.
Kosmik hava proqnozu – Proqnoz günlərində (28 avqust-3 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.
Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 28-29 avqustda qismən artacağı, sonra isə yenidən normala dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 28-29 avqustda qeyri-sabit, sonra isə sakit olacağı gözlənilir. Geomaqnit qasırğası gözlənilmir.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti