Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Virusa qarşı dözümlü olmaq üçün bunları etmək lazımdır
Virusa qarşı dözümlü olmaq üçün bunları etmək lazımdır

İmmuniteti möhkəmləndirmək üçün steril mühitdən uzaq olmaq lazımdır, çünki immun sistemi mütəmadi olaraq bir sıra bakteriyalarla təmasda olmalıdır.

Bunu məşhur rusiyalı həkim və teleaparıcı Yevgeni Komarovski bildirib. Onun sözlərinə görə, həmçinin, təmiz havada gəzmək, idmanla məşğul olmaq, zərərli qidalardan uzaq durmaq, şəkərin miqdarını azaltmaq, çəkiyə nəzarət etmək, özünü stresdən qorumaq və müsbət emosiyalar lazımdır.
“İmmun sistemini möhkəmləndirmək elə budur”, - deyə Y.Komarovski vurğulayıb.
O, koronavirusun profilaktikası üçün antibiotiklərdən istifadənin təhlükəli olduğunu da qeyd edib. Onların profilaktik istifadəsinin xəstəlik zamanı bakterial fəsadların yaranma ehtimalını artırdığını deyən həkim heç bir səbəb olmadan bu cür dərmanların istifadəsindən çəkinməyə çağırıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti