Bu bölgədə əksəriyyət xəstəliyə qarşı immunitet qazanıb - Fərrux Sədirov
Tarix: 19-08-2020, 15:53
Baxılıb: 1 145
Google+ Paylaş
Tumblr Paylaş

Bu bölgədə əksəriyyət xəstəliyə qarşı immunitet qazanıb - Fərrux Sədirov

19-08-2020, 15:53

“Qızılca və suçiçəyi kimi uşaqlıqda keçirdiyimiz xəstəliklərə qarşı bədənimizdə antikorlar dediyimiz əks cismlər yaranır. Koronavirusa yoluxan xəstələrin də bədənlərində antikorlar sintez olunmalıdır. Seroloji testlər insan bədənində əmələ gələn antikorların və immunitetin səviyyəsini müəyyənləşdirmək üçün aparılır”.
Publika.az xəbər verir ki, bu sözləri həkim-infeksionist Fərrux Sədirov seroloji testlərin əhəmiyyətindən danışarkən deyib.
“Seroloji testlərin toplumda rolu ondan ibarətdir ki, xəstəliklə qarşılaşma faizini müəyyənləşdirməyə kömək edir. Məsələn, hər hansı bölgədə suçiçəyi və ya qızılca pandemiyası yaşanıbsa, sonrakı mərhələdə bölgə əhalisinin neçə faizində xəstəliyə qarşı immunitet formalaşdığını bu testlər sayəsində öyrənə bilirik.
Tibbi baxımdan peyvəndləşdirmə mexanizminin genişləndirilməsi, üstəlik, yoluxma ola biləcək bölgələrin proqnozlaşdırılması seroloji testlərin əhəmiyyətli istiqamətləridir. COVID-19-la bağlı bu yaxınlarda cənub bölgəsində testlərin skrininqini həyata keçirdik. Cavabların sayəsində müəyyənləşdirdik ki, bu bölgədə əhalinin 80 faizinin bədənində əks cism var, nəticə etibarı ilə əksəriyyət xəstəliyə qarşı immunitet qazanıb. Bu da o deməkdir ki, bu bölgənin başqa yerdən gələn insanları yoluxdurma ehtimalı çox-çox azalıb, daha təhlükəsiz bölgəyə çevrilib”, - həkim bildirib.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ