Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Reanimasiyada olan aktyorun həyat yoldaşı danışdı
Reanimasiyada olan aktyorun həyat yoldaşı danışdı

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti stabil-ağır olaraq qalır.
Bu barədə Teleqraf-a aktyorun həyat yoldaşı Nəzifə Mirzəliyeva məlumat verib.
"Hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Saturasiyası və təzyiqi normaldır. Amma komadan ayılmayıb. Süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır. Həkimlər də komadan ayılmadığına görə hələ heç bir fikir bildirə bilmirlər", - deyə aktyorun həyat yoldaşı bildirib.
Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti