Həll olunan qəhvədən istifadə görmə qabiliyyətinin zəifləməsinə və yaşla bağlı makula degenerasiyasına səbəb ola bilər. Bu xəstəlik zamanı tor qişanın mərkəzi hissəsi – dəqiq görməyə cavabdeh olan sarı ləkə zədələnir.
Reportyor.tv xəbər verir ki, bu degenerasiya prosesi tədricən inkişaf edir və ağır hallarda tam korluğa gətirib çıxara bilər. Alimlərin fikrincə, həll olunan qəhvənin orqanizmə mənfi təsiri onun hazırlanma texnologiyası ilə bağlıdır.
Termik emal zamanı həll olunan qəhvənin tərkibində akrilamid kimi zərərli maddələr yarana bilər. Bu maddə sinir hüceyrələrinə, o cümlədən görmə sinirlərinə toksik təsir göstərir. Bundan əlavə, bu növ qəhvədə içkinin qurudulması və bərpası zamanı istifadə edilən oksidləşmiş yağlar və kimyəvi qatqılar da ola bilər.
Ənənəvi üsulla hazırlanmış təbii üyüdülmüş qəhvədə isə bu cür zərərli birləşmələrin miqdarı xeyli aşağı olur.
Musavat.com