
Rusiyanın Elmlər Akademiyasının İnsan Beyni İnstitutunun direktoru Mixail Didur sosial şəbəkələrdən istifadə ilə bağlı mühüm xəbərdarlıq edib.
Reportyor.tv xəbər verir ki, mütəxəssisin sözlərinə görə, böyüklər üçün sosial şəbəkələrdə qalma müddəti gündə maksimum 40 dəqiqə, uşaqlar üçün isə 30 dəqiqədən artıq olmamalıdır.
Alim bildirib ki, informasiya gigiyenasına əməl etmək və konkret qaydalar tətbiq etmək insanlarda məlumatı şüurlu şəkildə qəbul etmə bacarığını formalaşdırır və psixoloji gərginliyi azaldır.
Araşdırmalar göstərir ki, smartfonla erkən yaşda tanış olan uşaqlarda aqressiya və intihar düşüncələri kimi risklər daha çox müşahidə olunur. Xüsusilə 13 yaşdan əvvəl telefon əldə edən uşaqlar psixoloji təsirlərə daha həssas hesab edilir.
Musavat.com






Şərhlər