Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Azərbaycanda “fəst-fud”larda insan saçından istifadə olunur?
Azərbaycanda “fəst-fud”larda insan saçından istifadə olunur?

“Sosial şəbəkələrdə bəzən əsaslı və ya əsassız qidalarla bağlı panika yaradcaq iddialar səslənir. L-sistein dediyimiz E920 kodu ilə qeyd olunan qida qatqı maddəsidir. Bu təbiətdə də olan amin turşusudur. Qida sənayesində çörək, bulka istehsalında bəzən xəmirin işlənməsini asanlaşdırmaq üçün istifadə olunur. L-sisteinin mənşəyi isə müxtəlifdir. Ənənəvi olaraq saç, ya tük kimi keratinli materialların hidrolizi ilə əldə edilir. Amma fermentasiya yolu ilə istehsal olunan alternativlər də var. Qida sektoru getdikcə bu istiqamətə yönəlir. Bir başa “fəst-fud” restoranlar şəbəkəsində L-sisteindən istifadə olunmasını və mənşəyinin insan saçı, donuz tükü olmasını iddia etmək labarator nəticə və ya həmin qurumun rəsmi açıqlaması olmadan düzgün olmaz”.

Bunu Musavat.com-a açıqlamasında qida üzrə ekspert Asim Vəli deyib.

O bildirib ki, Azərbaycanda narahatlıq daha çox dini, etik çərçivədə olsa da, praktik yanaşma belədir:

“McDonald’s Azərbaycan” “About our food” bölməsində ətin halal qaydada kəsildiyini, istehsalatın HACCP/ISO 22000 və halal standartları ilə sertifikatlandığını yazır. Bu, ümumi yanaşmanı göstərir. Amma L-sistein kimi tərkib mənşəli müzakirələrdə ən sağlam yol, konkret məhsul üzrə rəsmi tərkib siyahısına baxmaq və şübhə qalırsa şirkətin özündən E920 varsa, hansı mənşəli olduğunu soruşmaqdır. Çünki laboratoriya analizləri hər zaman halal standartına uyğunluq kimi etik-dini meyarı tam ölçə bilmir”.

Onun sözlərinə görə, valideynləri real həyatda daha çox narahat edən məsələ adətən L-sistein deyil, “fəst-fud”un rasionda tez-tez təkrarlanmasıdır:

”Xüsusən uşaqlarda problem bir dəfə burger yemək deyil, bunu vərdiş halına çevirməkdir. Burqer, böyük kartof, şirin içki, desert artıq təhlükə siqanlıdır. Belə menyular duz yükünü artırır, kalorisi çox olur, doymuş yağlar bol ola bilir. Üstəlik şirin içkilər uşaqlarda şəkər yükünü yüksəldir və gündəlik normaya çevirir.

Bu mövzuda ən düzgün seçim birbaşa qadağa deyil. Sadəcə yavaş-yavaş porsiyanı kiçiltmək, tezliyi azaltmaq, içkidə şirin qazlı əvəzinə su seçmək, əlavə tərəvəzli variantlara üstünlük verməkdir”.

Qeyd edək ki, iddialara görə, bu maddə insan, heyvan və hətta donuz tükündən əldə oluna bilər. Elmi mənbələrdə L-sisteinin xəmirin elastikliyini artırmaq və yumşaltmaq üçün istifadə edildiyi qeyd olunur. Mütəxəssislər bildirirlər ki, bu maddə qida sənayesində geniş tətbiq olunur və normadan artıq istehlakı müəyyən sağlamlıq riskləri yarada bilər. Müasir dövrdə L-sistein sənaye üsulu ilə sintetik və ya fermentasiya yolu ilə də istehsal olunur. Bir çox beynəlxalq şirkətlər isə xammalın heyvani mənşəli olmadığını açıqlayır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti