Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ və İran arasında "buzlar əriyir": danışıqlarda müsbət dinamika
ABŞ və İran arasında "buzlar əriyir": danışıqlarda müsbət dinamika

ABŞ və İran arasında danışıqların davam etdiyi bildirilir.

Reportyor.tv xəbər verir ki, CBC News-un yaydığı məlumata görə, tərəflər arasında diplomatik təmaslar kəsilməyib və proses növbəti mərhələyə keçə bilər.

Məlumata əsasən, tərəflər arasında gələn həftə birbaşa görüşün keçirilməsi ehtimalı gündəmdədir. Bu, son dövrlərdə əsasən dolayı kanallar vasitəsilə aparılan danışıqlardan sonra mühüm dönüş kimi qiymətləndirilir.

Eyni zamanda, Axios nəşrinin məlumatına görə, danışıqlarda artıq müəyyən irəliləyişlər müşahidə olunur. Bu isə tərəflər arasında kompromis üçün zəminin formalaşdığını göstərir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti