Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Həmin narkotik maddəni ömrüm boyu görməmişəm - Cazibədar aktrisa üsyan etdi
Həmin narkotik maddəni ömrüm boyu görməmişəm - Cazibədar aktrisa üsyan etdi

Türkiyədə məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində test nəticəsi müsbət çıxan daha bir neçə məşhurun adı məlum olub.

Reportyor.tv xəbər verir ki, onlar arasında Hafsanur Sancaktutan da var.

Aktrisa yayılan xəbərlərə sərt reaksiya verib. O, məsələ barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Hafsanur yenidən test aparılmasını tələb edəcəyini bildirib.

“Xəbərlərdə adı çəkilən qadağan olunmuş maddəni ömrüm boyu qətiyyən görməmişəm, istifadə etməmişəm. Türkiyə Respublikasının rəsmi qurumlarından testimin yenidən aparılmasını tələb edəcəyəm. Bir qarışıqlıq olduğuna əminəm. Bu məsələnin sübutu üçün nə lazımdırsa etməyə hazıram. Çox çaşqın və çox üzgünəm", - aktrisa qeyd edib.

Publika.az

Şərhlər