
Yaxın Şərqdə gərginlik sürətlə artır, ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası genişlənir.
Reportyor.tv xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı – CENTCOM gəmiçilik şirkətlərinə yeni xəbərdarlıq göndərib.
Bildirilir ki, blokada artıq təkcə Hörmüz boğazı ilə məhdudlaşmır. Yeni qərara əsasən, Oman körfəzi və Ərəb dənizi də blokada zonasına daxil edilir.
Qeyd olunur ki, qərar bazar ertəsi axşam qüvvəyə minəcək və blokada zonasına daxil olan və ya oranı tərk etməyə çalışan bütün gəmilər saxlanıla və ya ələ keçirilə bilər. Bu isə beynəlxalq gəmiçilik və enerji daşımaları üçün ciddi risklər yaradır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən Hörmüz boğazı üzərində blokada artıq qüvvəyə minib. Yeni mərhələ Vaşinqtonun regionda nəzarəti daha da genişləndirmək niyyətindən xəbər verir.
Musavat.com






Şərhlər