Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ İrana 20 illik məhdudiyyət təklif edib – Tehran razılaşmadı
ABŞ İrana 20 illik məhdudiyyət təklif edib – Tehran razılaşmadı

Axios xəbər verir ki, ABŞ İranla aparılan danışıqlar çərçivəsində uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq olunmasını təklif edib.

Reportyor.tv xəbər verir ki, rəsmi Tehran bu təşəbbüsə qarşılıq olaraq daha qısa müddətli – 10 ildən az dövrü əhatə edən alternativ plan irəli sürüb. Bu isə tərəflər arasında əsas fikir ayrılıqlarından biri kimi qiymətləndirilir.

Mənbənin ABŞ administrasiyasındakı nümayəndəsi bildirib ki, tərəflər arasında dialoq davam edir və razılaşmaya nail olmaq üçün təmaslar kəsilməyib.

Musavat.com

Şərhlər