Amerikada meymunçiçəyindən ilk ölüm
Tarix: 13-09-2022, 13:10
Baxılıb: 137
Google+ Paylaş
Tumblr Paylaş

Amerikada meymunçiçəyindən ilk ölüm

13-09-2022, 13:10

Birləşmiş Ştatlar ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.
reportyor.org xəbər verir ki, Los-Anceles əyalətinin səhiyyə departamenti bununla bağlı rəsmi açıqlama yayıb.
“Los-Anceles Səhiyyə Departamenti ilə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib”, - departamentin mətbuat xidməti məlumat yayıb.
Həkimlərin sözlərinə, xəstənin ölüm səbəbi immunitet zəifliyi olub. Meymunçiçəyi diaqnozu qoyulduqdan sonra xəstə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu, ABŞ-da meymunçiçəyi xəstəliyindən ilk insan ölümüdür. Texasda virusa yoluxmuş bir şəxs də ölmüşdü, amma onun ölüm səbəbi kimi digər ağır xəstəlikləri göstərilmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ