Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Ölümcül epidemiya AŞKARLANDI: müalicəsi yoxdur
Ölümcül epidemiya AŞKARLANDI: müalicəsi yoxdur

Fevralın 13-də Ekvatorial Qvineya səlahiyyətliləri ölkədə 10 nəfərin Marburq qızdırması epidemiyasından öldüyünü bəyan edib.
reportyor.tv xəbər verir ki bu barədə "Reuters" agentliyi Cənubi regionun səhiyyə xidmətinin nümayəndəsi Robert Matyurin Bidjanqa istinadla məlumat yayıb.
Bildirilib ki, fevralın 14-də isə Ekvatorial Qvineya ilə həmsərhəd olan Konqonun cənubunda ölümcül virusa yoluxduğu güman edilən iki xəstə tapılıb.
Marburq virusu insanlar arasında birbaşa təmas yolu ilə yayılır və ştammdan və qəbul edilən dərmanlardan asılı olaraq ölümcüllük dərəcəsi 24%-dən 88%-ə qədərdir. İnfeksiyadan sonra insanın temperaturu kəskin yüksəlir və baş ağrıları başlayır. Sonra bir həftə ərzində hemorragik qızdırma inkişaf edir, bunun müalicəsi yoxdur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti