Pandemiya nəticəsində Pərvin Abıyevanın maddi sıxıntıları yarandı: “Böyük məbləğdə kreditim var”
Tarix: 12-05-2020, 17:13
Baxılıb: 219
Google+ Paylaş
Tumblr Paylaş

Pandemiya nəticəsində Pərvin Abıyevanın maddi sıxıntıları yarandı: “Böyük məbləğdə kreditim var”

12-05-2020, 17:13

“Xəzər TV”də yayımlanacaq “Komedi xanım” adlı yeni layihə ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşan aktrisa Pərvin Abıyeva pandemiya səbəbilə bir çox planlarının və işlərinin təxirə düşdüyünü, nəticədə maddi sıxıntılarının yarandığını deyib.
Aktrisanın Publika.az-a müsahibəsini təqdim edirik:
- Karantin günlərini necə keçirirsiniz?
- Məcbur olmadıqca küçəyə çıxmıram, bəzən günlərlə evdə otururam. Artıq “Xəzər” televiziyasının işçisi sayılıram, yeni layihəyə başlamışıq. Odur ki, çəkilişlərə getmək üçün arayışdan istifadə edirəm.
Yeri gəlmişkən, təbrik edirəm. Layihənin anonsları bir neçə gün əvvəl yayılsa da, artıq sosial şəbəkələrdə böyük marağa səbəb olub.
- Çox sağ olun, bu layihə xaricilərdəki “Comedy Woman”in Azərbaycan versiyasıdır. Şounun iştirakçıları əsasən xanımlardan ibarətdir, sadəcə bir kişi – Müşfiq Şahverdiyev olacaq. Hələ ki, məşqlər gedir, necə alınacağını özüm də bilmirəm, ümid edirəm ki, tamaşaçılar tərəfindən bəyəniləcək.
Xanım ulduzların tələb və təklifləri adətən kişilərdən daha yüksəkdir. Sizcə, bir-birinizlə yola gedə biləcəksiniz?
- Yola gedən insanam, hamı ilə dil tapmağı bacarıram. Kimin mənimlə problemi varsa, bilin ki, bu qarşı tərəfdən qaynaqlanır. Heç kimin bostanı ilə işim yoxdur və kaprizli insan deyiləm.
Karantin dövründə istər-istəməz hərəkətsiz həyat tərzinə alışmaq məcburiyyətində qalmışıq. İdman salonları hələ də bağlıdır. Belə olan halda formada qalmaq üçün nə edirsiniz?
- Demək olar ki, yemək yemirəm. Artıq öyrəşmişəm, uzunmüddətli aclıq orqanizmə təsir göstərmir. Yalnız faydalı məhsullara üstünlük verirəm.
 Pandemiya hansı planlarınızı təxirə saldı?
- Türkiyədən bir neçə maraqlı təklif gəlmişdi, təəssüf ki, təxirə düşdü, reallaşıb-reallaşmayacağı hələlik bilinmir. Təbii ki, maddi tərəfdən çox ziyan vurdu.
Çəkiliş meydançaları üçün darıxırsınız?
- Əlbəttə ki, artıq “Xəzər TV”də yeni layihəyə start vermişik deyə əvvəlki kimi sıxılmıram.
Hansı qayğılarınız çoxalıb?
- Pandemiyadan dolayı maddi sıxıntılarım yarandı, həm də qardaşıma görə çox narahatam, Azərbaycana qayıda bilmir. O, Avropada təhsil alır, bu il universiteti bitirməli idi, indi orda tək qalıb...
Banka kredit borcunuz var idimi?
- Bəli, ev kreditim var və kifayət qədər böyük məbləğdir.
Sosial həyatdan uzaqlaşmaq istər-istəməz psixoloji baxımdan da bizə mənfi təsir edir. Siz bu təsirlərdən necə qorunursunuz?
- Ailəmin varlığından, daha çox anamdan güc alıram. Sağ olsunlar, rəfiqə və dostlarım da bu müddət ərzində mənə dəstək oldu. Bir-birimizə motivasiya və gözəl enerji ötürməyə çalışırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ