Flora Kərimova Afət Fərmanqızıyıla barışdı? - "Üzr istəyəcək, 10 min manat ödəyəcək"
Tarix: 15-08-2024, 14:43
Baxılıb: 143
Google+ Paylaş
Tumblr Paylaş

Flora Kərimova Afət Fərmanqızıyıla barışdı? - "Üzr istəyəcək, 10 min manat ödəyəcək"

15-08-2024, 14:43

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə Afət Fərmanqızını təqsirli bilərək şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verildiyini bildirilib. Eyni zamanda tərəflər arasında barışıq əldə olunması barədə xəbərlər tirajlanıb. Xalq artisti yayılan xəbərləri "feyk" adlandırıb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

Flora Kərimovanın köməkçisi Referans.az-a danışıb. O Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin elan etdiyi hökmün sürətini saytımıza təqdim edib. Hökmdə bildirilir:

"Həsənova Afət Fərman qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148- ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.2.3- cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin.

Həsənova Afət Fərman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2- ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilsin.

Hökmdən, elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir".

Müsahib həmçinin qeyd edib ki, Binəqədi rayon Məhkəməsi Afət Fərman qızını təqsirli bilib, sadəcə zaman ötdüyünə görə məsuliyyətdən azad olunub:

"Bizə nə lazımdır? Əlbəttə, Afət Fərmanqızının təqsirli bilinməsi. Bu cinayət işinin mülkü variantı Nərimanov rayon Məhkəməsində baş tutub və o təqsirli bilinib. Apellyasiya məhkəməsi də Afətin vəsatətini qəbul etmədi və təqsirli bilindi, iş Ali Məhkəməyə gedib, cavab gözləyirik.

Təhqir və böhtanlar ekspertizadan keçib. Çıxıb tələb olunan şərtlərlə təkzib verməli, üzr istəməli və cəriməsini ödəməlidir. Bildirim ki, təqsirləndirilən şəxsin 10 min manat cərimə ödəməsi və s. tələblər mülki məhkəmə prosesinə aiddir. Nərimanov rayon Məhkəməsinin qərarına görə, Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat cərimə ödəməli, tələb olunan tərzdə təkzib verməli və üzr istəməlidir.

Hazırkı məsələ isə cinayət işinə aid olan məhkəmə qərarıdır və işə Binəqədi rayon Məhkəməsi baxıb. Afət 2 il Rusiyaya gedib, vaxt qazandı. Müğənni məhkumluqdan azad deyil, cinayətin vaxtı keçib deyə cəzadan azaddır. Cinayət işində bizə lazımdır ki, o təqsirli bilinsin. Cinayət işində məsuliyyətə cəlb etmə var. Qadına cəza nə olacaqdı? Biz həbsini gözləmirdik əlbəttə".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ