Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Günel qəzadan sonra həmkarlarını qınadı
Günel qəzadan sonra həmkarlarını qınadı

Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.
Reportyor.tv xəbər verir ki, ifaçı türkiyəli həmkarlarının Aktauda qəzaya uğrayan AZAL-la bağlı paylaşım etməmələrini qınayıb.
O, “Türkiyədə zəlzələ, meşə yanğınları zamanı onların yanında olub acılarını bölüşdük. Ümumiyyətlə Türkiyədə hər hansı faciə yaşananda biganə qalmadıq. Çünki dost pis gündə tanınar. Amma instaqram izləyicilərimdən olan türklərin Azərbaycanla bağlı baş verən hadisəyə dair paylaşım etdiyini görmədim. Ayıb olsun” sözləri yazılan paylaşımı sosial media hesabında yayımlayaraq səsləndirilən fikirləri dəstəkləyib.
“Heç vaxt bununla bağlı mənə nəsə deyilməyib. Ürəkdən kədərinizi hiss etmişəm, acınız acımızdır. Sənətçi dostlarım haradasınız?” deyə, Günel türkiyəli sənətçilərə irad bildirib.(Yenisabah.az)

Şərhlər