“Bəzən insanlar isti qucaqlara ehtiyac duyurlar” – Rəqqasə Fatimə
Tarix: 31-12-2020, 04:32
Baxılıb: 1 939
Google+ Paylaş
Tumblr Paylaş

“Bəzən insanlar isti qucaqlara ehtiyac duyurlar” – Rəqqasə Fatimə

31-12-2020, 04:32

“Mənə elə gəlir ki, hər insan üçün ən vacib şey lazımlı olmaqdır. Birisi üçün vacib olduğunu, kiminsə sənə ehtiyacı olduğunu və səninlə keçirdiyi vaxta dəyər verdiyini hiss etmək”.
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib
Sənətçi karantin günlərində insanları mənəvi olaraq bir-birinə yaxın olmağa səsləyib: “Darıxıram” sözünü eşitdikdə bu sözlərdə əsl səmimiyyəti hiss etmək. İnanın ki, bu, təkcə tutqun bir qış günündə sizi sevindirib isitməkdən əlavə, həm də irəliləmək və təslim olmamaq üçün güc verə bilər. Hamımızın lazımlı olduğumuzu bilməyə ehtiyacımız var. Çünki bunu bilib hiss etdikdə, dünya fərqli çalarlarda olur və gecə o qədər də qaranlıq görünmür. Bəzən insanlar hansısa inanılmaz xəzinələrdən daha çox, isti qucaqlara ehtiyac duyurlar. Bir-birinizə istilik bəxş edin, o zaman dünyada hər şeyin öhdəsindən gələ biləcəksiniz”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ