Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Nura Suriyə şər-böhtan atıblar: “Toyda mənə yaxınlaşıb...”
Nura Suriyə şər-böhtan atıblar: “Toyda mənə yaxınlaşıb...”

Əvvəl ancaq dövlət tədbirlərindən, efirdəki çıxışlarımdan paylaşımlar edirdim. Toy, banketlərdən ana səhifədə heç nə paylaşmırdım, arada “story”yə görüntülər yerləşdirirdim. İnstaqramda format dəyişəndən sonra “reels”lər bölüşürəm. O da Kazim Subhan deyəndən sonra. Deyir ki, paylaşmırsan, elə bilirlər tədbirlərə getmirsən. Düz də deyir. Çünki bir neçə dəfə toyda mənə yaxınlaşıb “Siz toya da gedirsiz? Bizə demişdilər getmirsiz axı” deyiblər.
reportyor.tv xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri sosial mediada yazıb. Sənətçi bildirib ki, təşkilatçılar onun toyda çıxış etməsini istəmir:
“Deməli, tədbirlə bağlı təşkilatçılardan məni soruşanda, deyiblər ki, toya getmir, Bakıda yoxdur, Amerikaya köçüb və sairə. Hələ bir məşhur kişi müğənni deyib ki, Nura ancaq türk mahnıları oxuyur, neynirsiz onu? Rusdilli publikaya deyib. Başqa biri də deyib ki, müxalifətçidir, çox yazıb-pozur.
İnsanların əclaflığına məətəl qalıram Yəni çörəyimə bais olmaqla nə əldə edirlər, anlaya bilmirəm. Həm də şər-böhtan atmaqla”, - Nura Suri qeyd edib.

Şərhlər