Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Ulduz futbolçu təcavüz olunduğunu açıqladı
Ulduz futbolçu təcavüz olunduğunu açıqladı

 "Beşiktaş"da keçirdiyi uğursuz mövsümün ardından "Everton"a qayıdan Dele Alli İngiltərədə verdiyi açıqlamalarla gündəm olub. 
Reportyor.tv  xəbər verir ki, "The Overlap" yutub kanalına müsahibə verən 27 yaşlı yarımmüdafiəçi narkotik vasitə və alkoqol düşkünlüyündən danışıb:
"Narkotik vasitələr, alkoqol çox qəbul etmişəm. Günlük həyatımda da qəbul edirdim. Gerçəklərdən qaçmaq üçün bu addımı atırdım. 6 yaşımda ikən anamın dostu tərəfindən təcavüz olundum. Anam alkoqol düşkünü idi. 7 yaşımdan siqaret çəkməyə başladım. Afrikada narkotik vasitələr sataraq yaşamağa çalışırdım". 
Bu sözlərdən sonra həm Dele Alli, həm də aparıcı Qeri Nevil göz yaşlarını saxlaya bilməyib.

Şərhlər