Nura Suri millət vəkillərinə SƏSLƏNDİ: 300-500 AZN maaş alan ailələr necə dolansın?
Tarix: 11-08-2023, 10:04
Baxılıb: 221
Google+ Paylaş
Tumblr Paylaş

Nura Suri millət vəkillərinə SƏSLƏNDİ: 300-500 AZN maaş alan ailələr necə dolansın?

11-08-2023, 10:04

"Qarşıma məktəbli geyimlərinin qiyməti ilə bağlı bir paylaşım çıxdı. Bir neçə övladı olan valideyn bu formanı necə alsın? Dövlət məktəbləri ödənişsizdirsə, heç olmasa forma da pulsuz olsun".

Reportyor.tv axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Sənətçi qiymətlərin baha olmasından gileylənib:

"Məktəb ləvazimatları da baha, geyim də... Ümumiyyətlə 300-500 AZN maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Bu sualı millət vəkillərinə ünvanlayıram".

Qeyd edək ki, növbəti tədris ili üçün ətək və şalvarlar 25, qısaqol və uzunqol köynəklər 15, jaketlər isə 25 manatdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ