Almaniyadan qərar: Onları deportasiya edirlər
Tarix: 30-08-2024, 17:34
Baxılıb: 184
Google+ Paylaş
Tumblr Paylaş

Almaniyadan qərar: Onları deportasiya edirlər

30-08-2024, 17:34

Almaniyada 2021-ci ilin avqustundan bəri ilk dəfə Əfqanıstan vətəndaşları deportasiya edilib.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Prezident Administasiyasının sözçüsü Steffen Hebestreit yazılı açıqlama verib.
O, nə qədər əfqanın deportasiya edildiyi barədə məlumat verməyib. Lakin onların hamısının Almaniyada qalma hüququ olmayan Əfqanıstan vətəndaşları olduğunu və onlar haqqında deportasiya qərarı verildiyini açıqlayıb.
Hebestreit Almaniya hökumətinin bu cür repatriasiyalarla bağlı qətiyyətini davam etdirəcəyini vurğulayıb: "Almaniyanın təhlükəsizlik maraqları cinayətkarların və təhlükəli şəxslərin müdafiəsi maraqlarından üstündür".
"Spiegel” jurnalının xəbərinə görə, 28 Əfqanıstan vətəndaşı bu gün səhər saatlarında Leypsiqdən təyyarə ilə Kabilə göndərilib. Xəbərdə həmçinin Taliban hakimiyyətə gəldikdən sonra ilk dəfə cinayətkar əfqanların deportasiya edildiyi qeyd edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ