Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Prezidentin köməkçisi Azərbaycan heyətinin Moskvada MDB formatında tədbirdə iştirak etməməsinin səbəblərini açıqlayıb
Prezidentin köməkçisi Azərbaycan heyətinin Moskvada MDB formatında tədbirdə iştirak etməməsinin səbəblərini açıqlayıb

Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:
"Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların buməsələyə təsiri də istisna deyil", - o əlavə edib.
Səfərin baş tutumamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır:
"Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti