
Xəbər verdiyimiz kimi, Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bu haqda sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
1950-ci ildə Bakıda anadan olan Qusman 25 ildən artıqdır TASS-da çalışır. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Qusman Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.
Onun işdən çıxarılma səbəbi açıqlanmayıb.
Modern.az-a istinadla xəbər verir ki, Rusiya mətbuatı Qusmanın bir neçə gün əvvəl Xankəndi şəhərində keçirilən Qlobal Media Forumunda iştirakına diqqət çəkir.
"İyul ayında Qusman Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etdiyi forumda iştirak edib. KİV xəbər verir ki, jurnalist ölkə rəhbərindən bütün sahələrdə unikal xarici siyasət yeritməyi necə bacardığını soruşub", - "gazeta.ru" saytında dərc edilən xəbərdə deyilir.
Rusiyanın bir sıra hərbi blogerləri də Qusmanın forumda iştirakını tənqid etmişdi.
Qusmanın forumda Prezident İlham Əliyevə sualını və cavabı təqdim edirik:
Mixail Qusman: Hörmətli İlham Heydər oğlu, hər vaxtınız xeyir. Sizi salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, bu gün biz Xankəndidəyik. Forum Şuşa adlansa da, mən qırx il əvvəl sonuncu dəfə bu şəhərdə olmuşam. Yəqin ki, həmkarlarım, həmyerlilərim vəziyyətimi başa düşərlər.
Bilirsiniz, axırıncı Forumda Siz dəqiq müəyyən etdiniz, çünki mən Miluokidən təzəcə qayıtmışdım. Siz yanvarın 20-də Ağ evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu. Siz hətta Azərbaycanın ABŞ-la, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz. Bu barədə Prezident Trampın ölkənin Müstəqillik Günü münasibətilə təbriki əsasında da fikir yürütmək olardı.
Sualım bir az genişdir. Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür. Başqa hansı dövlətlə müqayisə oluna biləcəyini də bilmirəm. Bütün beynəlxalq azimutlarda, mən Rusiyadan başlayacağam, son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur. Bu, aydındır.
Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir. Bununla bağlı sadə bir sualım var. Başa düşürəm ki, Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir. O deyəcək: “Mən skripkanı, onun yayını götürürəm və ifa edirəm”. Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir.
Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi? Sağ olun.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks baş nazir Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Şərhlər