Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » “Cəmil Həsənli özünü ifşa etdi" - Rauf Arifoğlundan sensasion açıqlamalar - VİDEO
“Cəmil Həsənli özünü ifşa etdi" - Rauf Arifoğlundan sensasion açıqlamalar - VİDEO

Musavat.com xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat efirində Milli Şura sədri Cəmil Həsənli haqqında diqqətçəkən açıqlama verib. Arifoğlu bildirib ki, Cəmil Həsənlinin Meydan TV-də onun barəsində səsləndirdiyi ittihamlar, xüsusilə “yalan danışmaqda suçlaması”, əksinə olaraq Həsənlinin öz mövqeyini və Milli Şura xəttini ifşa edir.

Rauf Arifoğlunun sözlərinə görə, Cəmil Həsənlinin son açıqlaması Milli Şuranın yaranma məqsədi ilə bağlı çox mühüm mətləbləri üzə çıxarır. Arifoğlu vurğulayıb ki, Həsənli açıq şəkildə etiraf edir: 2013-cü il prezident seçkiləri ərəfəsində Milli Şura Rusiya layihəsi kimi formalaşdırılıb, məqsəd isə Azərbaycanda prezident idarəetməsini ləğv etmək, keçid hökuməti qurmaq və iki il müddətində ölkəni bu struktur vasitəsilə idarə etmək olub. Bu planın tərkib hissəsi kimi qanunsuz hakimiyyət dəyişikliyi və konstitusiya quruluşunun dəyişdirilməsi məqsəd qoyulub.

Rauf Arifoğlu bildirib ki, Cəmil Həsənlinin etirafları həm də onun 2019-cu ilin sentyabrında AzLogos-a verdiyi müsahibədə səsləndirdiyi fikirləri təsdiqləyir. O qeyd edib ki, Milli Şura modeli Rusiyada hazırlanmış siyasi yol xəritəsinə əsaslanıb və Azərbaycanda dövlət idarəçiliyini dəyişmək məqsədi güdüb. Bu layihə mahiyyətcə Ramiz Mehdiyevin məlum məktubunda göstərilən “Dövlət Şurası” konsepsiyası ilə eyni istiqamətə xidmət edib – hər ikisi Azərbaycanda mövcud siyasi sistemi sarsıtmaq və hakimiyyət dəyişikliyi yaratmaq üzərində qurulub.

R. Arifoğlu əlavə edib ki, bu cür etiraflar uzun illərdir müzakirə olunan iddiaları təsdiqləyir və siyasi proseslərin arxa planını daha aydın göstərir. TV Musavat efirindən sözügedən çıxışın müvafiq hissəsi təqdim olunur.

Musavat.com

Şərhlər