Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » İrəvanda Zəngəzurla bağlı hərəkətlənmə
İrəvanda Zəngəzurla bağlı hərəkətlənmə

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Ermənistanda Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrinin bərpa etməsini xahiş edib. Həm də mümkün qədər tez. Bu barədə Ermənistan mediası yazıb.

“Mən Rusiyadakı həmkarlarımdan Arazdəyəndən Naxçıvana və Axurik kəndindən Türkiyə sərhədinə qədər dəmir yolu hissəsinin təcili olaraq tam bərpasını həyata keçirmələrini xahiş etdim”, - o bildirib.

Qeyd edək ki, söhbət həm də Qərbi Zəngəzurdan keçən dəmiryolundan gedir. Ermənistandakı dəmir yolları isə bəlli olduğu kimi, Rusiya şirkətinin nəzarətindədir.

Bəs Moskvanın Paşinyanın xahişinə cavabı nə olacaq? Rusiya nə dərəcədə dəmiryolunun bərpasında maraqlı ola və inşa nə qədər çəkə bilər? Nəhayət, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçdiyini söyləmək olarmı?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, vaxtilə Ermənistana rəhbərlik etmiş cinayətkar, korrupsioner sərkisyanlar, köçəryanlar öz hakimiyyətlərini möhkəmləndirmək naminə Ermənistanın Rusiyadan iqtisadi asılılığını pik həddə çatdırdılar, indi Ermənistan bu yanlış siyasətin əziyyətini çəkir: “Təbi ki, istənilən dövlət üçün iqtisadi asılılıq acınacaqlı haldır. İqtisadi asılılıq o deməkdir ki, ölkə dövlət kimi müstəqil deyildir və o, asılı olduğu dövlətin tam təsirindədir. Gələcəkdə bu asılılığın bədəlini necə ödəniləcəyinin fərqində olmayan Sərkisyan-Kəçəryan kimi Qarabağ caniləri, indi zamanında Ermənistanı sonadək Rusiyanın caynağına keçirdiklərindən zövq alırlar. Baxın, Ermənistan indi Rusiyadan xahiş edir ki, gəl sahibi olduğun dəmir yollarında bərpa-təmir işləri apar. Kim inanar ki, Rusiya - Ermənistan münasibətlərinin indiki durumunda Rusiya şirkəti gəlib bu işləri yerinə yetirəcəkdir? Rusiyaya aid şirkətin həmin işləri görüb-görməməsinə Vladimir Putin özü şəxsən qərar verəcək. Onun hansı qərarı verəcəyi isə indidən bəllidir. Qərar Paşinyanın arzu etdiyi qərar olmayacaq”.

Fikrət Yusifov

F.Yusifovun sözlərinə görə, ona görə də belə vəziyyətdə Ermənistan bu məsələdə Rusiya ilə siçan-pişik oyunu oynamamalı, Rusiya şirkətlərinə dövlət əhəmiyyətli bu işləri görmək üçün zaman müəyyən etməlidir: “Əgər şirkət bu işləri görməkdən boyun qaçırarsa, ona ciddi sanksiyalar tətbiq olunmalıdır. Bu sanksiyalar işləmədikdə isə Rusiya şirkətinin mülkiyyətinə verilmiş dəmir yollarının milliləşdirilməsi məsələsi gündəmə gətirilməlidir”.

Ekspertin sözlərinə görə, Rusiyadan iqtisadi cəhətdən asılı Ermənistanın bu asılılıqdan qurtulmaq yolu çətin və uzun olacaqd: “Bu yolda uğur qazanmaq üçün Paşinyan hökumətinə qətiyyətli davranmaq lazım gələcək. Ermənistan hakimiyyəti Zəngəzur yolunun açılması üçün lazım olan addımları atmaq istəyir. Lakin qarşısında maneələrin olduğu Paşinyanın Rusiyaya dəmiryolu ilə ağlı müraciətindən də görünür”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti