Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » AZAL işi bağlanırsa, yol Haaqaya gedir: Kreml Bakı ilə razılaşmaları pozur
AZAL işi bağlanırsa, yol Haaqaya gedir: Kreml Bakı ilə razılaşmaları pozur

Rusiyanın AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işini dayandırmaq qərarı uçuşların təhlükəsizliyini artırmır və təhlükəli cəzasızlıq presedenti yaradır.

Reportyor.tv xəbər verir ki, ekspertlərin fikrincə, bu addım Bakı ilə Kreml arasında onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirə bilər.

Məsələ ondadır ki, əgər mülki sərnişin təyyarəsinin məhv edilməsinə görə heç kim məsuliyyət daşımırsa, bu cür faciələrin gələcəkdə digər ölkələrin təyyarələri ilə də təkrarlanması istisna edilmir. Bu isə beynəlxalq aviasiya təhlükəsizliyi üçün ciddi risk yaradır.

Siyasi nəticələr isə xüsusilə ağır qiymətləndirilir. Azərbaycan–Rusiya münasibətləri artıq həssas mərhələdədir və işin bağlanması ikitərəfli dialoqun daha da kəskinləşməsi ilə nəticələnə bilər. Bununla belə, Rusiyada istintaqın dayandırılması Azərbaycanın öz müstəqil araşdırmasını aparmaq və beynəlxalq mexanizmlərə müraciət etmək hüququnu məhdudlaşdırmır.

Rəsmi Bakı Beynəlxalq Mülki Aviasiya Təşkilatı da daxil olmaqla beynəlxalq qurumlara və məhkəmə instansiyalarına müraciət edə bilər. Xüsusilə MH17 işi nümunəsi göstərir ki, belə hallarda siyasi, hüquqi və imic baxımından nəticələr Moskva üçün son dərəcə ağır ola bilər.

Müşahidəçilərin qənaətinə görə, Bakı ilə əldə olunmuş razılaşmaların pozulması və məsuliyyətin üzərindən atılması beynəlxalq tribunalın gündəmə gəlməsini faktiki olaraq qaçılmaz edir. Bu isə artıq məsələnin təkcə ikitərəfli deyil, qlobal hüquqi müstəviyə daşınması deməkdir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti