Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Putinlə Qətər əmiri telefonla danışıb
Putinlə Qətər əmiri telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.
Reportyor.tv Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qətər tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Rusiya-Qətər əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək , onun müxtəlif sahələrdə daha da möhkəmləndirilməsində qarşılıqlı marağı təsdiqləyiblər.
Bu kontekstdə Qətərin Nazirlər Şurasının sədri, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani tərəfindən ötən həftə Rusiyaya səfərinin nəticələri müsbət qiymətləndirilib.
Qətər lideri 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinin hərəkətlərini dəstəklədiyini bildirib.
Vladimir Putin Təmim bin Həməd Al Tanini taxta çıxmasının 10 illiyi, eləcə də qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik edib.
Təmasların davam etdirilməsi razılaşdırılıb

Şərhlər