Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Azərbaycanda benzin istehsalı 39% artıb - CƏDVƏL
Azərbaycanda benzin istehsalı 39% artıb - CƏDVƏL

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 248,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23% artıb.
Dövlət Statistika Komitəsindən Reportyor.tv verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında neft koksunun istehsalı 61,9%, sürtkü yağlarının istehsalı 60,5%, avtomobil benzininin istehsalı 39,2%, qazoylların (dizel yanacağının) istehsalı isə 33,9% artıb.
Məlumata görə, yanvar-iyun aylarında ölkədə neft bitumu istehsalı 37%, mazut istehsalı isə 93,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri2023-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdirƏvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton700,6139,24,6
Ağ neft, min ton283,3114,339,3
Qazoyllar (dizel yanacağı), min ton1 154,3133,994,3
Mazut, min ton4,06,22,0
Sürtkü yağları, min ton31,3160,56,6
Maye qazlar, min ton122,1124,22,1
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton530,984,932,7
ondan:


neft bitumu, min ton111,363,012,3
neft koksu, min ton125,6161,920



Şərhlər